İsrail Prezidenti İshaq Hersoq Azərbaycana yeni təyin olunmuş səfir Ronen Krausu qəbul edib.
Bu barədə diplomat X hesabında paylaşım edib.
“İsrailin qlobal diplomatik əlaqələrini gücləndirmək üçün növbəti tapşırıqlarımıza hazırlaşarkən verdiyi təşviqə görə minnətdarıq. Tezliklə Azərbaycanda yeni səyahətimə başlayacağım üçün həyəcanlıyam”, - səfir qeyd edib.
Mənbə: axar.az