İsveçrə Ukraynaya 6,3 milyard dollar yardım ayırır

İsveçrə Ukraynaya 6,3 milyard dollar yardım ayırır

İsveçrə Ukraynanın bərpası üçün 5 milyard frank (təxminən 6,3 milyard dollar) ayırmağa qərar verib. Yardım növbəti bir neçə il ərzində həyata keçiriləcək.

Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyevdə İsveçrə Federal Məclisləri Milli Şurasının prezidenti Mayya Rinikerlə görüşündə müvafiq razılaşma əldə olunub.

Mənbə: axar.az