Amerikalı yenə öz sevimli siyasi yelləncəyində yellənir.
Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev ABŞ Prezidenti Donald Trampın Ukraynaya silah tədarükü ilə bağlı açıqlamasını şərh edərkən Teleqram kanalında yazıb.
Medvedyev Trampın prezidentliyi dövründəki çıxışlarından statlar gətirib:
"Mən Putinlə söhbətdən məmnunam”. “Mən Putinlə söhbətdən məyus oldum”. “Biz Ukraynaya yeni silah tədarük etmirik”. “Biz Ukraynaya müdafiə üçün çoxlu silah göndərəcəyik”. Biz buna necə yanaşmalıyıq? Həmişəki kimi. Heç cür".
Mənbə: axar.az