Peskov qalmaqallı səs yazısına münasibət bildirdi

Peskov qalmaqallı səs yazısına münasibət bildirdi

Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Moskva və Çini bomba ilə hədələdiyi səs yazısına münasibət bildirib.

Bununla bağlı TASS məlumat yayıb.

“Söhbət Trampın hələ ABŞ prezidenti olmadığı dövrdən gedir. Rusiya lideri Vladimir Putin Tramp ABŞ-nin rəhbəri olmayanda onunla telefon danışığı aparmayıb. Bununla bağlı Ağ Evə sorğu göndərməliyik”, - o bildirib.

Qeyd edək ki, CNN tərəfindən ABŞ Prezidenti Donald Trampın Rusiya və Çini bomba ilə hədələdiyi 2024-cü ilə aid səs yazısı yayımlanıb. Onun həmkarları ilə danışıqlarda rus qoşunlarının Ukrayna sərhədini keçəcəyi və Çinin Tayvana hücum edəcəyi təqdirdə birbaşa bombardmanla hədələdiyi bəlli olur.

Mənbə: qafqazinfo.az