"Əbu-Dabi görüşündə iki ölkə arasında kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası və digər həll olunmamış məsələlərin müzakirə olunacağı gözlənilir".
Bu barədə tarixçi Jirayr Liparityan BBC-nin rus xidmətinə verdiyi müsahibədə bildirib.
“Düşünürəm ki, gündəlikdə bütün məsələlər olacaq və bu, bir məsələyə köklənməkdən daha vacib olan azad müzakirələr aparılacaq” - Liparityan deyib.
Onun fikrincə, Əbu-Dabidəki görüş ilk növbədə onu göstərir ki, qeyri-müəyyənlik və bir neçə paralel qlobal münaqişə şəraitində Ermənistan və Azərbaycan liderləri birbaşa əlaqə saxlayır və vasitəçilərsiz ünsiyyət qururlar.
“Müasir beynəlxalq münasibətlərin əsas xüsusiyyəti, yəqin ki, gözlənilməzlikdir. Bəziləri gözlənilməzliyin və xaosun yaradıcı ola biləcəyinə inansalar da, regionumuzda uzun müddət xaos hökm sürüb və bu, bizə yaxşı heç nə gətirməyib”, - tarixçi vurğulayıb.
Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbindən danışan Liparityan qeyd edib ki, bu məsələ hansısa müvəqqəti razılaşma ilə həll oluna bilər:
"Konstitusiyanın dəyişdirilməsi yeganə variant deyil və mən əminəm ki, Bakı da bu prosesin nə qədər mürəkkəb olduğunu başa düşür”.
Lalə
Mənbə: www.bakupost.az