Ərdoğana generallarla bağlı yeni səlahiyyət verilir

Ərdoğana generallarla bağlı yeni səlahiyyət verilir

Türkiyədə Xüsusi Qüvvələr Komandanlığına təyin olunan quru qoşunları və hərbi dəniz qüvvələrinin generallarının yaş həddi 67-yə qaldırılacaq.

Qanunda ediləcək dəyişikliyə əsasən, Türkiyə Prezidenti bu generalların xidmətdə olma müddətini artıra biləcək.

Prezidentə veriləcək yeni səlahiyyətlə o, ordunun general və admirallarının xidmətdə olma vaxtını hər dəfə 1 il müddətə olmaqla 72 yaşa kimi artıra biləcək.

Bu müddəanın qüvvəyə mindiyi tarixdən general-mayor, kontr-admiral, briqada generalı rütbələrinə malik şəxslərin general-leytenant və ya vitse-admiral rütbəsinə yüksəldilməsi üçün müvafiq komanda-qərargah hazırlığı kurslarından keçməsi də tələb olunmayacaq. Belə ki, hərbi akademiyaları müvəffəqiyyətlə bitirən şəxsi heyət üzvləri komanda-qərargah hazırlığını başa vurmuş hesab ediləcək.

Mənbə: qafqazinfo.az