ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.

“Report” xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

“Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyəm və diplomatik əlaqəni davam etdirmək, davamlı sülh istiqamətində səyləri prioritetləşdirmək çağırışımı yeniləyəcəyəm”,-paylaşımda qeyd olunub.

Mənbə: report.az