Gələn il hazırlanacaq 5-9-cu sinif dərslikləri üzərində işə başlanılıb. Proses may ayınadək başa çatacaq.
Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qimətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən dəyişilməsinə ehtiyac olan dərsliklər mütəmadi yenilənməlidir:
"Bu dərsliklərə tarix, coğrafiya fənləri daxildir. Həmçinin, kurikulum proqramında dəyişiklik olduğu üçün 5-6-cı siniflər üçün Təbiət dərsliyi hazırlanıb".
Xəbər yenilənəcək
Mənbə: az.trend.az