Küləkli havada dənizə gedənlərə yenidən - Müraciət

Küləkli havada dənizə gedənlərə yenidən - Müraciət

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara Fövqəladə Hallar Nazirliyi (FHN) yenidən müraciət edib.

Müraciətdə deyilir:

“Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraitini nəzərə alaraq, FHN əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

Mənbə: qafqazinfo.az