Sabahdan iki küçədə yollar təmirə bağlanır – XƏBƏRDARLIQ

Sabahdan iki küçədə yollar təmirə bağlanır –

Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, Kazımağa Kərimov küçəsinin bir hissəsində və Nizami rayonu, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işlərinə 10 sentyabr saat 09:00-dan etibarən start veriləcək.

Kazımağa Kərimov küçəsində hərəkətin qismən, 6-cı Keşlə küçəsində isə tam məhdudlaşdırılması nəzərdə tutulur. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.


Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları xahiş edilib.

Mənbə: bizim.media