Sürücü sürət həddini aşıb qəza törətdi, işıqfora çırpıldı - ANBAAN VİDEO

Sürücü sürət həddini aşıb qəza törətdi, işıqfora çırpıldı -
Ötən gecə paytaxtın Nəsimi rayonu, Mirzəağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-a istinadla bildirilir ki, qəza nəticəsində yolayrıcında quraşdırılmış işıqforun dirəyi zədələnərək yararsız vəziyyətə düşüb.

İşıqforun bərpasınadək həmin ərazidə hərəkət iştirakçılarının daha diqqətli olmaları tövsiyə edilir.

Mənbə: oxu.az