Xaçmaz-Xudat yolunda VAZ markalı avtomobil Qudyalçay üzərindən keçən körpüdən aşıb.
Qəza nəticəsində sürücü-Xaçmaz rayon sakini Hüseyn Məmmədov xəsarət alıb.
Hadisənin baş verməsinə səbəb kimi sürücünün yorğun, yuxusuz halda sükan arxasında əyləşməsi ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladıb və sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırıb.
Mənbə: qafqazinfo.az