Böyük Britaniya məhkəməsi 2024-cü ildə Londonun ictimai nəqliyyat infrastrukturuna qarşı həyata keçirilən kiberhücuma görə iki hakeri 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, hücum Londonun ictimai nəqliyyat operatoru Transport for London (TfL)-ə qarşı həyata keçirilib. Kiberhücumun nəticələrinin aradan qaldırılması təxminən 29 milyon funt sterlinqə (39 milyon ABŞ dollarından çox) başa gəlib.
Məhkəmənin qərarına əsasən, 20 yaşlı Talha Cübeyr və 19 yaşlı Ouen Flauers 2024-cü ildə TfL-in informasiya sistemlərini sındırıblar.
Həmin vaxt hücumun qarşısını yalnız bir neçə gün sonra almaq mümkün olub. Bunun üçün şirkət bütün kompüter sistemlərini tamamilə söndürməyə məcbur qalıb.
Agentliyin məlumatına görə, hücumun nəticələrinin tam aradan qaldırılması altı ay çəkib.
Təqsirləndirilən şəxslər yalnız bu ilin iyun ayında günahlarını etiraf ediblər. Bundan əvvəl hücumun arxasında Scattered Spider haker qrupunun dayandığı ehtimal edilirdi.
Mövsüm
Mənbə: www.aznews.az