Aleksandr Yermakov Ermənistanda saxlanıldı

Aleksandr Yermakov Ermənistanda saxlanıldı

Rusiyanın Omsk şəhərinin sakini Aleksandr Yermakov Ermənistanda kompüter fırıldaqçılığı işi çərçivəsində xarici səlahiyyətli orqanların sorğusu əsasında saxlanılıb.

Bu barədə TASS-ın vəziyyətlə tanış olan mənbələri məlumat verib.

Mənbə hansı ölkənin sorğusu əsasında saxlanıldığını açıqlamadan bildirib:

"Vətəndaş Yermakov cari ilin iyun ayında İrəvanın Zvartnots hava limanında kompüter fırıldaqçılığı işi çərçivəsində saxlanılıb".

Mənbə: bizim.media