İtaliyada 100 illik məhkəmə binası uçdu

İtaliyada 100 illik məhkəmə binası uçdu

"ANSA"ya istinadla xəbər verilir ki, Bolzano şəhərində (Şimali İtaliya) 1920-ci illərə aid yerli məhkəmə binası uçub.

Bu yaxınlarda bərpa və genişləndirmə işləri aparılan binanın təxminən dörddə biri uçub.

Bolzano Məhkəməsinin sədri Françeska Bortolotti uçqunun təmir işlərinin aparıldığı ərazidəki yükdaşıyan sütunlar səbəbindən baş verdiyini bildirib.

Uçuş zamanı binanın içərisində təmizlik işçiləri olan üç nəfər olub, onlardan biri yüngül xəsarət alıb.

Həmidə İbrahimova

Mənbə: olke.az