Türkiyədə zavodda dəhşətli partlayış - Hamı təxliyə edilib

Türkiyədə zavodda dəhşətli partlayış - Hamı təxliyə edilib

Türkiyənin Əskişəhər şəhərində təyyarə mühərrikləri və hərbi texnika istehsal edən “TUSAS Motor Sanayii AS” şirkətində böyük yanğın baş verib.

Yerli medianın məlumatına görə, yanğın istehsal müəssisələrindən birində baş verən partlayışdan sonra baş vermiş ola bilər. Zavodun bütün işçiləri təcili olaraq təxliyə edilib.

Yanğını söndürmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin ixtisaslaşmış bölmələri cəlb edilib.

Yanğının səbəbi və ya mümkün itkilər barədə hələlik rəsmi məlumat yoxdur.

Müəllif: Tural

Mənbə: publika.az