Hindistanda dəhşətli daşqınlar: 41 nəfər həlak oldu

Hindistanda dəhşətli daşqınlar: 41 nəfər həlak oldu

Hindistanın şimal-şərqindəki Assam əyalətində baş verən şiddətli daşqınlar nəticəsində ölənlərin sayı 41-ə çatıb.

"Hindustan Times" qəzetinin Assam Dövlət Fəlakətlərin İdarə Edilməsi İdarəsinə istinadən verdiyi məlumata görə, son 24 saat ərzində daşqınlarda daha 10 nəfər ölüb.

Bu, Assamda ölənlərin ümumi sayını 41-ə çatdırır, ştatın 25 rayonunda isə ümumilikdə yeddi yüz mindən artıq insan daşqınlardan zərər çəkib.

Assamın baş naziri Himanta Bisva Sarma 100-dən çox insanın itkin düşdüyünü və ölənlərin sayının arta biləcəyini bildirib.

Hindistan ordusu ştatda davam edən axtarış-xilasetmə əməliyyatlarına kömək edir.

Mənbə: sitat.info