Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti

Cəbrayıl rayonunun baş verən partlayış nəticəsində xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

“Report.az”a istinadla xəbər verilir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1979-cu il təvəllüdlü şəxs (kişi) bu gün saat 21:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ said sümüyünün orta 1/3 hissəsinin yerdəyişən sınığı, inci və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınığı diaqnozu təyin edilib.

Qeyd olunub ki, hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Mənbə: bizim.media