Xaçmazda traktorçunu “tok” vurmasının səbəbi AÇIQLANDI

Xaçmazda traktorçunu “tok” vurmasının səbəbi

Xaçmazda traktorçunu cərəyan vurmasının təfərrüatları məlum olub.

Rayonun Köhnə Xudat kənd sakini, 49 yaşlı Zakir Mühəddin oğlu Rəcəbov idarə etdiyi "Belorus" markalı traktorla Xudat şəhərinin Üzeyir Hacıbəyov küçəsində işləyərkən qəfildən yüksəkgərginlikli elektrik xəttinə toxunub.

Nəticədə onu cərəyan vurub və o, yerindəcə keçinib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.

Mənbə: bizim.media