Bu il Fransada 116 000 hektar ərazi külə dönüb

Bu il Fransada 116 000 hektar ərazi külə dönüb

Fransada meşə yanğınları davam edir.

Daxili İşlər Naziri Loran Nunyes “France 2” telekanalında ölkədə davam edən meşə yanğınları ilə bağlı açıqlama verib.

Nunyes bildirib ki, Fransanın cənub-qərbindəki Jironde departamentində ötən həftə başlayan yanğınlar nəticəsində indiyədək 42 min hektar ərazi yanıb. O həmçinin qeyd edib ki, 2500-dən çox yanğınsöndürən və 18 hava vasitəsinin mübarizə apardığı yanğın hələ nəzarət altına alınmayıb.

İlin əvvəlindən bəri ölkə miqyasında 13 566 yanğın hadisəsinin qeydə alındığını vurğulayan Nunyes, indiyədək 116 min hektardan çox ərazinin yandığını bildirib.

Bu ərazi təxminən Parisin mərkəzi hissəsinin sahəsindən 11 dəfə böyükdür.

Nunyes xatırladıb ki, Fransada meşə yanğınları baxımından ən ağır mövsümlərdən birinin yaşandığı 2022-ci ildə il ərzində cəmi 70 min hektar ərazi yanmışdı.

Meşə yanğınları mövsümünün əvvəlki illərə nisbətən daha tez başladığı Fransada Jironde ilə yanaşı, Land, Var və Yuxarı Korsika departamentlərində də yanğınlar günlərdir ki, davam edir.

Ölkədə yanğınlar səbəbindən 200 mindən çox insan təxliyə edilib.

Mənbə: qafqazinfo.az