İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək

İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək

Pakistan Ali Məhkəməsi sabiq Baş nazir İmran Xanın səhhətindəki problemlərlə əlaqədar olaraq, həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar çıxarıb.

Bu barədə “Geo TV” məlumat yayıb.

Məhkəmə İmran Xanın əsasını qoyduğu və başçılıq etdiyi “Pakistan Tahreek-e-Ensaf” partiyasından keçmiş Baş nazirin sağlamlıq vəziyyətini siyasiləşdirməməyi tələb edib.

Qeyd edək ki, İmran Xan 2022-ci ilin aprelində parlamentdə keçirilən etimadsızlıq səsverməsinin nəticəsi olaraq, vəzifədən kənarlaşdırılıb.

O, 2023-cü ilin avqustsunda korrupsiya ittihamı ilə həbs edilib.

İmran xan və tərəfdarları həbs qərarını siyasi motivli hesab edir.APA

Mənbə: pravda.az