3 əcnəbi qadın taksi pulunu vermədi: Sürücünü öpməyə çalışdılar - FOTOLAR

3 əcnəbi qadın taksi pulunu vermədi: Sürücünü öpməyə çalışdılar - FOTOLAR

İstanbulun Etiler səmtində üç əcnəbi qadın taksi sürücüsü ilə mübahisə edib.

Hadisə qadınların 600 lirəlik (təxminən 21 manat) taksi haqqını ödəmək istəməməsi ilə başlayıb. Sürücü Əhməd Günəş qadınların aqressiv davrandığını bildirərək polis çağırıb və baş verənləri mobil telefonu ilə lentə alıb.

Sürücünün sözlərinə görə, qadınlar onu onları aldatmaqda ittiham edib, daha sonra isə öz aralarında onu təcavüzdə ittiham etməyi müzakirə ediblər. O, qadınların telefonunu əlindən almağa çalışdığını və bu zaman onu itələdiklərini də iddia edib.

Ə.Günəş bildirib ki, qadınlar daha sonra “Biz sərxoşuq, bizi bağışla, videonu sil” deyərək üzr istəyiblər. Onlardan birinin onu öpməyə çalışdığını da iddia edən taksi sürücüsü qadınlardan şikayətçi olduğunu açıqlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: publika.az