Kolumbiyalı dünya ulduzu Şakira zəlzələdən ən çox zərər görən bölgələrdə yeni məktəblərin inşasını maliyyələşdirəcək.
Müğənni Çoko departamentinin Kibdo şəhərinə səfər edərək dağılmış məktəblərə baş çəkib, şagirdlər və müəllimlərlə görüşüb. O, həmçinin Çoko Texnologiya Universitetinin bərpasına da dəstək verəcəyini açıqlayıb.
Layihə Şakiranın "Pies Descalzos" fondu və amerikalı xeyriyyəçi Hovard Baffetin birgə əməkdaşlığı ilə həyata keçiriləcək.
Xatırladaq ki, avqustun 10-da Kolumbiyanın qərbində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində 289 nəfər həlak olub, 4187 nəfər yaralanıb, 142 nəfər isə itkin düşüb. Təbii fəlakət zamanı 26 945 ev tamamilə dağılıb, 127 557 yaşayış evi zədələnib.
Müəllif: Adəm
Mənbə: publika.az