Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birindən 1500 manat pul vəsaiti oğurlanıb.
DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı S.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı onun digər analoji cinayət əməlləri törətdiyi də məlum olub.
Araşdırma aparılır.
Mənbə: unikal.az