Üç nazirin telefon nömrəsini internetdə yaydılar

Üç nazirin telefon nömrəsini internetdə yaydılar

Böyük Britaniyanın Müdafiə naziri Ues Stritinq də daxil olmaqla üç Britaniya nazirinin şəxsi mobil telefon nömrələri internetdə dərc edilib.

Bu barədə "Politico" məlumat yayıb.

Stritinq, ədliyyə naziri Alex Norris və Şimali İrlandiya naziri Chris Bryantın şəxsi məlumatlarının sızdırılması faktı aşkar edilib.

Hər üç nazir paylaşımla bağlı şərh verməkdən imtina edib. Onlayn yayım nömrəsinə keçid silinib və rəsmilər digər iki nömrəni silmək üzərində işləyirlər.

Nazirlər vəzifələrini yerinə yetirmək üçün təhlükəsiz dövlət cihazları ilə təmin olunurlar.

Adı açıqlanmayan keçmiş milli təhlükəsizlik müşaviri bildirib ki, baş nazir təhlükəsizlik işçilərindən aldığı mesajların həqiqiliyini yoxlamağı xahiş etmək vərdişinə yiyələnməlidir.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az