Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO

Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Qazax-Ələt-Bakı magistral yolunda aparılan nişanlanma işləri zamanı sürücülər təhlükəli vəziyyətlə üzləşiblər.
Hadisə dünən saat 15 radələrində Ələtdən Bakı istiqamətinə gələn hissədə qeydə alınıb.

Sürücülərin sözlərinə görə, həmin ərazidə magistralın rənglənməsi işləri aparılıb. Bu zaman konusvari plastik maneələrin zolaqlar üzrə nizamsız şəkildə düzülməsi və yola səpələnməsi hərəkət iştirakçıları üçün ciddi çətinlik yaradıb.

Bildirilib ki, avtomobillər xaotik şəkildə qoyulan maneələrdən yayınmaq üçün təhlükəli manevrlər etməyə məcbur qalıblar. Şikayətçi vəziyyəti "Formula yarışı"na bənzədib:

"Rəngləmə zamanı istifadə olunan boya da asfaltın müxtəlif hissələrinə yayılıb. Plastik maneələr yolun hərəkət hissəsinə aşdıqları üçün onlardan şansa qurtulurduq", - deyə şikayətçi bildirib.

Mənbə: oxu.az