Hökumətin ilkin hesablamalarına əsasən, Nepalın dağıdıcı daşqınlardan sonra bərpası üçün təxminən 723,3 milyard rupi (təxminən 4,7 milyard dollar) tələb olunacaq.
Bu məbləğin təxminən 75%-i infrastruktur üçün nəzərdə tutulub. Daşqınlardan ən çox enerji və nəqliyyat sektorları təsirlənib: elektrik şəbəkəsinin bərpası üçün 390,6 milyard rupi, nəqliyyat şəbəkəsi üçün isə daha 73,3 milyard tələb olunacaq.
Daşqın 69 kilometrlik yola zərər vurub və 33 yol körpüsünü yuyub aparıb. 7500-dən çox ev, onlarla ictimai bina, məktəb və tibb müəssisəsi də zərər görüb.
Son rəqəmlərə görə, təbii fəlakət nəticəsində 1370 nəfər ölüb, daha 5130 nəfər itkin düşüb.
Daha əvvəl, dağıdıcı daşqınlardan 11 gün sonra Nepalda 64 yaşlı bir qadın xilas edilib.
Mənbə: unikal.az