Sinqapurda məhkəmə ayrıldığı sevgilisindən münasibət müddətində xərclədiyi 468 min Sinqapur dollarını (təxminən 369 min ABŞ dolları) geri tələb edən sahibkar Çander Aqravalın iddiasını təmin etməyib.
Bu barədə "BBC News" nəşri yazıb.
Mənbə qeyd edir ki, hakim pulun borc deyil, kişinin könüllü olaraq etdiyi hədiyyələr olduğu qənaətinə gəlib. 2019-cu ildə tanış olan və 2022–2023-cü illərdə sevgili olan cütlük ayrıldıqdan sonra kişi qadını xəyanətdə şübhəli bilərək məhkəməyə müraciət etmişdi.
Lakin hakim qarşı tərəfin borc istədiyinə dair heç bir sübut tapmayıb və qeyd edib ki, aşiq olan iş adamı qadını sadəcə "bahalı hədiyyələrə qərq edib", münasibət bitdikdən sonra isə qəzəblənərək xərcləri geri istəyib.
Mənbə: bizim.media