3-cü kurs tələbəsi əməliyyatda öldü - Foto

3-cü kurs tələbəsi əməliyyatda öldü - Foto

Azərbaycan-Fransız Universitetinin (UFAZ) 3-cü kurs tələbəsi Fidan Abbaslı vəfat edib.

UFAZ-ın “Kompüter elmləri” ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib.

Məlumata görə, o, burun əməliyyatı zamanı həyatını itirib.

Qeyd edək ki, 2024-cü ildə Bakı Türk Liseyindən məzun olan Fidanın atası Kamil Abbasov həmin təhsil müəssisəsində kimya müəllimidir.

Mənbə: qafqazinfo.az