AK Prezidentindən Qara dənizdə gəminin vurulması barədə paylaşım

AK Prezidentindən Qara dənizdə gəminin vurulması barədə paylaşım

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rumıniya sahillərində göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşları olan ticarət gəmisinin dron hücumuna məruz qalması ilə bağlı narahatlığını ifadə edib.

AK rəhbəri bu barədə “X” hesabında paylaşım edib.

O bu hücumların beynəlxalq hüquqa açıq şəkildə zidd olduğunu bildirib.

Mənbə: qafqazinfo.az