Xəzər dayazlaşdı - Dağıstanın ərazisi genişləndi

Xəzər dayazlaşdı - Dağıstanın ərazisi genişləndi

Xəzər dənizinin dayazlaşması Dağıstanın ərazisini 2-3 min kvadratkilometr genişləndirib. Suyun səviyyəsinin azalması nəticəsində respublikaya inzibati baxımdan məxsus bir neçə ada quru ərazi ilə birləşib.

Bu barədə geoloq, coğrafiya elmləri üzrə fəlsəfə doktoru İdris İdrisov “RİA Novosti”yə bildirib.

Onun sözlərinə görə, Dağıstanın ərazisi əvvəlki 50,3 min kvadratkilometrdən təxminən 52-53 min kvadratkilometrə çatıb.

Yaiçnı, Çeçen, Piçujonok, Bazar və Prıquşki adaları artıq materiklə birləşib və onlara avtomobillə getmək mümkündür.

Mənbə: bizim.media