Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub.
Bu zaman bəzi hissələrdə nəqliyyat vasitələri dalğaların döydüyü sahillərədək irəliləməli olub.
Nəticədə bəzi sərnişinlər qeyri-adi halı çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Həmin görüntüləri təqdim edirik:
Mənbə: qafqazinfo.az