Bakıda səkkiz aylıq hamilə qadın ölüb

Bakıda səkkiz aylıq hamilə qadın ölüb

Bakı. Trend:

Bakının Qaradağ rayonunda hamilə qadın ölüb.

Trend-in məlumatına görə, hadisə noyabrın 17-də saat 06 radələrində Şonqar qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü N.Xəlilova hamiləliyinin səkkizinci ayında vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: az.trend.az