Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücumu edilib.
Gecə boyu Ukrayna paytaxtında silsilə partlayış səsləri eşidilib.
Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, zərərsizləşdirilən kamikadze dronlarının düşməsi Kiyevin 5 rayonunda qeydə alınıb.
Baş verən partlayış və yanğın nəticəsində azı 3 nəfər həlak olub, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mənbə: unikal.az