Şəmkirdə 26 yaşlı oğlan intihar edib.
Hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1999-cu il təvəllüdlü Əmrah Məmmədov özünü asaraq intihar edib. Onun meyiti yaxınları tərəfindən tövlədə asılmış vəziyyətdə tapılıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Yunis Quliyev
Mənbə: qafqazinfo.az