İndoneziya sahillərində şiddətli zəlzələ oldu

İndoneziya sahillərində şiddətli zəlzələ oldu

İndoneziya sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanın episentri Qorontalo şəhərindən 155 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı isə 109 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, sunami təhlükəsi elan olunmayıb.

Mənbə: axar.az