Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb
Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Yaqub-oba kəndindən keçən hissəsində "Daewoo Nexia" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan 5 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaralıların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca
Mənbə: unikal.az