Gəncədə qadın özünə kəsici ailətlə xəsarət yetirib.
Hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb. Şəhər sakini - 1996-cı il təvəllüdlü Şölə Şükürova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, Ş.Şükürova qonşusuna əsəbiləşərək özünə kəsici ailətlə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
Mənbə: unikal.az