Oğlanlarının ikisi də əlildir, qızını da doğulmamış itirdi...

Oğlanlarının ikisi də əlildir, qızını da doğulmamış itirdi...

Tərtərin Poladlı kəndində qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, 1990-cı il təvəllüdlü Hafizə Rzayeva yaşadığı evdə bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən H.Rzayevanın qayınatası 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Hadisə şahidlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən Ş. Hüseynov səhər saatlarında təkidlə oğlunun işə getməsini tələb edib. Bir müddətdən sonra isə oğluna zəng edərək törətdiyi hadisə barədə məlumat verib.

Qətlə yetirilən qadının yaxın müddətə qədər Ağdam-Bərdə yolu kənarında olan ticarət mərkəzində satıcı işlədiyi bildirilir. Bir neçə gün öncə isə ailəsinin təkidi ilə işdən çıxıbmış.

Ziya Əmirxanlı

Mənbə: qafqazinfo.az