Yeni Günəşli qəsəbəsinin 5-ci massiv, 21 nömrəli yaşayış binasının yaxınlığında özbaşına obyekt sökülüb.
Bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məlumat ayayıb.
Əraziyə monitorinq nəticəsində müəyyən edilib ki, qeyd olunan ünvanda obyektin yerləşdirilməsi heç bir icazəverici sənəd olmadan həyata keçirilib.
Köşkün sökülməsi və ərazidən çıxarılması təmin edilib.
Mənbə: yenisabah.az