Sabirabadda bir ay əvvəl yanğında xəsarət alan 13 yaşlı qız öldü

Sabirabadda bir ay əvvəl yanğında xəsarət alan 13 yaşlı qız öldü

Sabirabadda bir ay əvvəl yanan evdə xəsarət alan 13 yaşlı qız ölüb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, aprelin 10-da Sabirabadın Bala Həşimxanlı kəndində Məmmədovlar ailəsinə məxsus evin yanması nəticəsində xəsarət alan 2012-ci il təvəllüdlü Yasəmən Məmmədli Bakıda xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Ağır yanıq xəsarətləri alan ailə üzvlərindən biri - 2012-ci il təvəllüdlü Məmmədli Yasəmən Xalid qızı isə Bakıda xəstəxanaya köçürülüb.

Mənbə: bizim.media