Sumqayıtda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə edildi

Sumqayıtda yaşayış binasında YANĞIN:

Sumqayıtda yaşayış binasında yanğın baş verib.

Hadisə şəhərin 30-cu məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birinin 4-cü mərtəbəsində baş verib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın zamanı binadakı mənzillərdən bir nəfər xilas edilib, ümumilikdə isə iki sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Mənbə: bizim.media