Kürdəmirdə əməliyyat edilən qadın öldü

Kürdəmirdə əməliyyat edilən qadın öldü

Mayın 13-də Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş qadın vəfat edib.

1987-ci il təvəllüdlü Pərvanə Əli qızı Abdullayeva mayın 12-də Kürəmir Rayon Mərkəzi Xəstəxanasında apendisit əməliyyatı olunub.

Lakin 1 gün sonra qadın xəstəxanada vəfat edib.

Yaxınları bildirib ki, P.Abdullayevanı Rəşad adlı həkim əməliyyat edib. Onlar qadının tibbi heyətin səhlənkarlığından vəfat etdiyini iddia ediblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az