Şəmkir rayonunda ət dükanlarının bağlanması ilə bağlı məlumatlar yayılıb.
Ət kəsim məntəqələrində xidmət haqlarının artırılması nəticəsində satıcılar fəaliyyətlərini dayandırıblar.
Əvvəllər iribuynuzlu heyvanların kəsimi üçün 18, xırdabuynuzlu heyvanların kəsimi üçün isə 12 manat tələb olunduğu halda, bu məbləğlər 25-30 manata qaldırılıb.
Məsələ Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb, bu barədə tədbir görülüb.
Ət dükanlarının fəaliyyətinin bərpa olunacağı bildirilir.
Mənbə: axar.az