Gəncədə emalatxanada yanğın olub

Gəncədə emalatxanada yanğın olub

Gəncədə yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, sözügedən prospektdə yerləşən misgərlik emalatxanasında anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı emalatxananın 30 kv/metri yanıb. Yanğın söndürülüb digər ərazilərə keçməsinin qarşısı alınıb.

Mənbə: apa.az