Melaniya Trampın heykəli oğurlandı

Melaniya Trampın heykəli oğurlandı

Sloveniyada ABŞ-ın birinci xanımı və ölkə prezidentinin xanımı Melaniya Trampın tunc heykəli oğurlanıb.

Bu barədə “France24” məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşının doğulduğu Sevnitsa şəhərindəki abidə 2020-ci ildə ucaldılıb.

Amerikalı sənətkar Bred Dauninin yaratdığı heykəl bürüncdən hazırlanıb. Naməlum şəxslər heykəli topuq nahiyəsindən kəsərək, araba ilə aparıblar.

Oğurluq hadisəsi barədə mayın 13-də biliblər.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Heykəl müəllifi B.Dauni hesab edir ki, əsərin yoxa çıxması Donald Trampın ABŞ Prezidenti seçilməsi ilə bağlı ola bilər.

Mənbə: axar.az