DTX-nin Qax rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılanların kimliyi məlum olub.
Əməliyyat zamanı icra başçısı Musa Şəkiliyev ilə yanaşı, onun birinci müavini Elbrus Tağıyev və Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov da saxlanılıb.
Hazırda onlar Bakıya gətirilirlər.
Qeyd edək ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.
İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.
***
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.
İcra başçısı korrupsiya əməllərində şübhəli bilinir.
Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.
Hazırda onlar Bakıya gətirilir.
***

Mənbə: www.bakupost.az