Kaliforniyanın Yolo qraflığında fişəng anbarında güclü partlayış baş verib və nəticədə yanğın başlayıb.
Bu barədə qraflığın şerif idarəsi öz "Facebook" səhifəsində məlumat verib.
Hadisənin Esparto və Madison şəhərlərinin ərazisində baş verdiyi bildirilir.
"Yanğınsöndürənlərin və xilasedicilərin öz işlərini təhlükəsiz yerinə yetirə bilmələri üçün hər kəsi ərazidən uzaq durmağa çağırırıq. Hadisə yerinin ətrafında bir mil radiusda təxliyə zonası yaradılıb", - məlumatda deyilir.
Hazırda hadisənin səbəbləri və şəraiti məlum deyil.
Hüseyn İbadlı
Mənbə: publika.az