Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.
Bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O deyib ki, 100-ə yaxın ekspertiza təyin edilib və təhqiqatlar davam etdirilir.
“Bu yaxınlarda Azərbaycandan olan ekspertiza nümayəndələri Qazaxıstana ezam olunublar, geniş müzakirələr aparılıb. Ekspertizanın nəticələrinin əldə olunması istiqamətində səylərimiz davam etdirilir”.
O, yaxın zamanda ekspertizanın nətocələrinin açıqlana biləcəyini istisna etməyib.
Qeyd edək ki, ötən gün minval.az-a 2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL Embraer E190 təyyarəsi ilə bağlı sensasion materialların yer aldığı anonim məktub daxil olub.
Mənbə: axar.az