İran Küveyt hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Xarici mətbuata istinadən xəbər verilir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Nazirliyin rəsmi nümayəndəsi Səud əl-Ətvan dronların hava limanının birinci terminalında yerləşən sərnişin zalına hücum etdiyini bildirib.
“Binaya ciddi maddi ziyan dəyib, bir neçə nəfər yaralanıb ki, onlara lazımi tibbi yardım göstərilib”, - o deyib.
Hadisə ilə bağlı aeroportun fəaliyyəti dayandırılıb, uçuşlar təxirə salınıb, təyyarələr alternativ hava limanlarına yönləndirilib.
Xatırladaq ki, daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Qəşm adasına hücumuna cavab olaraq Küveytdə yerləşən ABŞ hərbi bazalarını raketlərlə hədəfə aldığını bəyan edib.
Mənbə: qafqazinfo.az